» » “Volkswagen”in başçısı istefaya gedir

“Volkswagen”in başçısı istefaya gedir

“Volkswagen”in başçısı istefaya gedir

“Şirkətə yeni komanda ilə yeni start lazımdır”.

Avropanın ən iri avtomobil konserni “Volkswagen”in idarə heyətinin sədri Martin Vinterkorn istefaya gedir.

ucarliyiq.biz xarici KİV-ə istinadən xəbər verir ki, şirkət rəhbəri istefası barədə bu gün Volfsburqda keçirilən iclasda bildirib.

““Volkswagen”nə yeni komanda ilə yeni start lazımdır. Mən bunun üçün yolu öz istefam ilə açıram”, - Vinterkorn bildirib.

O həmçinin əlavə edib ki, pozuntular barədə xəbərdar olmasa da, baş verənlərə görə öz günahını etiraf edir və istefasını Müşahidə Şurasından özü xahiş edib.

Qeyd edək ki, Vinterkorn “Volkswagen”, “Audi”, “Skoda”, “Bugatti”, “Porsche” və digər avtomobillərin istehasalına 2007-ci ildən rəhbərlik edirdi. 

Avropanın ən böyük avtomobil konserninə yeni rəhbərin təyin edilməsinə dair qərar cümə günü qəbul ediləcək.