» » Bayden: Gülənin ekstradisiyası ilə bağlı materiallar toplanır

Bayden: Gülənin ekstradisiyası ilə bağlı materiallar toplanır

Bayden: Gülənin ekstradisiyası ilə bağlı materiallar toplanır

ABŞ Güləni müdafiə etmək niyyətində deyil, hazırda hüquqşünaslar onun ekstradisiyası ilə bağlı sorğuya əsasən materiallar toplayır.

Ucarliyiq.biz Anadolu agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ vitse-prezidenti Co Bayden Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla keçirdiyi mətbuat konfransında bildirib.

“Mənimlə birgə Türkiyəyə mütəxəssislər gəlib. Hazırda bu məsələ ilə əlaqədar dəlil-sübutlar toplanılır. ABŞ-da ekstradisiya ilə bağlı qərarı prezident və yaxud hər hansı şəxs deyil, yalnız məhkəmə verə bilər. ABŞ-ın Güləni müdafiə etmək üçün heç bir səbəbi və belə bir niyyəti yoxdur”, - deyə C.Bayden bildirib.

ucarliyiq.biz