» » İndoneziyada itmiş tanker tapıldı

İndoneziyada itmiş tanker tapıldı

İndoneziyada itmiş tanker tapıldı

Tanker 900 min litr dizel yanacağı daşıyırdı.

İndoneziyanın HDQ bir həftə ərzində yerləşdiyi məkanın məlum olmadığı Malayziya tankerini aşkar ediblər. 

Ucarliyiq.biz xəbər verir ki, bu barədə “Assoşieyted Press” agentliyi məlumat yayıb.  

Daha öncə Malayziya hakimiyyəti 900 min litr dizel yanacağını daşıyan tankerin qaçırılması barədə bəyanat vermişdi.

Xəbər verildiyi kimi, “Vier Harmoni” gəmisi İndoneziyanın Batam şəhərinin sularındadır. 

Dəyəri təxminən 392,7 min dollar olan dizel yanacağı daşıyan gəmi Tancunq Pelepas limanından çərşənbə axşamı çıxıb. Daha sonra məlum olub ki, tanker qaçırılmayıb, gəmi göyərtəsində baş verən fikir ayrılığı yaranması səbəbindən heyət gəmi heyəti İndoneziyaya istiqamət götürüb. 

İndoneziya HDQ-dən bildiriblər ki, 10 heyət üzvü olan gəmi İndoneziyanın Qərbi Kalimantan əyalətinin sahillərinə yönəlib. Hazırda araşdırma üçün Tancunqpinanq şəhərinin limanına istiqamət götürmüş tankeri İndoneziya gəmiləri müşayiət edir. 

Agentliyin məlumatına görə, tankerin axtarışına hərbi gəmilər, patrul təyyarəsi və helikopter cəlb edilib. 

ucarliyiq.biz