» » Kerri: PKK geri çəkilir

Kerri: PKK geri çəkilir

Kerri: PKK geri çəkilir

Bu barədə ABŞ-ın Dövlət katibi Con Kerri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğluna bildirib.

ABŞ-ın Dövlət katibi Con Kerri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğluna PKK qüvvələrinin Ərəfat çayının şərq sahilini tərk etdiklərini bildirib. 

Ucarliyiq.biz Anadolu agentliyinə istinadən xəbər verir ki, iki ölkənin xarici siyasət nümayəndələrinin telefon danışığı avqustun 25-də Amerika tərəfinin təşəbbüsü ilə baş tutub. 

Türk diplomatik mənbələrin məlumatına görə, tərəflər Suriyada hərbi əməliyyatların dayandırılması və uzunmüddətli sülhün bərqərar olması istiqmətində atılacaq addımları müzakirə ediblər. 

Həmçinin Suriyanın Cerablus şəhərindəki əməliyyat məsələsinə də toxunulub. Tərəflər bu istiqamətdə əməkdaşlığa hazır olduqlarını bildiriblər. Söhbət zamanı Suriya və İraqda İŞİD-ə qarşı mübarizədə qüvvələrin birləşdirilməsinin mühümlüyü də vurğulanıb. 

ucarliyiq.biz