» » İraq ordusu daha bir şəhəri İŞİD-dən azad etdi

İraq ordusu daha bir şəhəri İŞİD-dən azad etdi

İraq ordusu daha bir şəhəri İŞİD-dən azad etdi

Hökumət qüvvələri Əl-Qəyyar üzərində nəzarəti tam ələ keçiriblər.

İraq ordusu Mosulun cənubunda Əl-Qəyyar yaşayış məntəqəsini terroçulardan tamamən azad ediblər. 

Ucarliyiq.biz xəbər verir ki, bu barədə Anadolu agentliyinə İraq ordusunun polkovniki Emin Şeyhani bildirib. 

“İki gün davam edən intensiv döyüşlər nəticəsində Əl-Qəyyar tamamən terrorçulardan azad edilib, hökumət binaları üzərində İraq bayrağı qaldırılıb”. 

Onun sözlərinə görə, təhlükəsizlik qüvvələri yaşayış məntəqəsindən bütün çıxışları nəzarət altına alıblar, yaraqlılar məntəqəni tərk edə bilməyiblər. Döyüşlər zamanı Əl-Qəyyarın mərkəzində çoxlu sayda İŞİD terrorçusu məhv edilib.  

İraq ordusu bu ərəfədə Mosuldan 60 km cənubda yerləşən Əl-Qəyyarı mühasirəyə alıb. 

İraqın Müdafiə Nazirliyi iyunun 12-də Mosulun cənubunda yerləşən rayonların terrorçulardan azad edilməsinə dair əməliyyatların ikinci mərhələsinin başlanmasını elan edib. 

ucarliyiq.biz