» » Moskva məktəblilərinə elektron qolbaqlar veriləcək

Moskva məktəblilərinə elektron qolbaqlar veriləcək

Moskva məktəblilərinə elektron qolbaqlar veriləcək

Girişin kartla olduğu Moskva məktəblərində kartlar silikon qolbaqlarla əvəz edilə bilər.

Ucarliyiq.biz xəbər verir ki, bu barədə Moskva meriyasının saytında avqustun 25-də məlumat yayılıb. 

Qolbaqların yardımı ilə uşaqlar məktəb yeməkxanasında nağd pul istifadə etmədən yemək də ala bilərlər.

“Qolbaqlar 11 müxtəlif rəngdədirlər. Üzərində, məktəblinin elektron kartının simvolu - balaca bayquş şəkili var. 

Bundan başqa hər bir tədris müəssisəsi qolbağa öz loqotipini vura bilər”, - meriyanın məlumatında deyilir. 

Keçən tədris ili ərzində pilot layihə çərçivəsində qolbaqlar Moskvanın üç məktəbində istifadə edilib. Eksperimenti uğurlu adlandırıblar və kart sisteminin tətbiq olunduğu digər tədris müəssisələrində də istifadə edilməsi qərara alınıb. 

Qolbaq itirildiyi halda, onu məktəbin sorğusu əsasında bərpa etmək mümkün olacaq. 

Avqustun 20-də Rusiyanın baş naziri Dmitri Medvedev məktəb avtobuslarının alınması üçün pul vəsaitinin ayrılmasına dair sərəncam verib. 1800 nəqliyyat vasitəsinin alınması üçün üç milyard rublun xərclənməsi nəzərdə tutulub. 


ucarliyiq.biz