» » CHP liderinə qarşı silahlı basqın

CHP liderinə qarşı silahlı basqın

CHP liderinə qarşı silahlı basqın

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan telefonla Artvin valisinə zəng edib, hadisə haqda məlumat alıb.

Türkiyənin ana müxalifət lideri, Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlunun avtomobil karvanı Artvin vilayəti ərazisində hərəkət edərkən atəşə tutulub.

Ucarliyiq.biz “Milliyet” qəzetinə istinadən xəbər verir ki, CHP liderinin avtomobil karvanı polislə terrorçular arasındakı atışmanın ortasında qalıb.

K.Kılıçdaroğlu bu gün əvvəlcə təyyarə ilə Qars şəhərinə, oradan isə avtomobillə Gürcüstanla həmsərhəd Artvinə gedib. O, Artvin vilayətinin Şavşat şəhərinin mərkəzində toplaşan tərərfdarları qarşısında çıxış edib.

Sonra Artvin şəhərinə yola düşən müxalifət liderinin avtomobil karvanının hərəkəti vilayətin Ardanuç rayonunun Yanıklı kəndi yaxınlığında polislər tərəfindən dayandırılıb. Yol kənarında barrikada qurulduğunu müəyyən edən polis orada terrorçuların gizləndiyini ehtimal edərək həmin nöqtəni atəşə tutub. K.Kılıçdaroğlunun avtomobili isə mühafizə məqsədilə əhatəyə alınıb, sonra ərazidən uzaqlaşdırılıb.

K.Kılıçdaroğlunun müşavirlərindən biri hadisənin müxalifət liderinə hücum olmadığını və avtomobil karvanının hərəkət etdiyi ərazidə təhlükəsizlik qüvvələri ilə terrorçular arasında atışma baş verdiyini söyləyib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan telefonla Artvin valisinə zəng edib, hadisə haqda məlumat alıb.

ucarliyiq.biz