» » Britaniya deputatları: Sosial şəbəkələr terrorun təbliğatı ilə məşğuldurlar

Britaniya deputatları: Sosial şəbəkələr terrorun təbliğatı ilə məşğuldurlar

Britaniya deputatları: Sosial şəbəkələr terrorun təbliğatı ilə məşğuldurlar

Britaniya polisi gündəlik olaraq internetdən 300-ə yaxın ekstremist məzmunlu material silir.

“Google”, “Facebook” və “Twitter” şirkətləri terrorçuların internet servislərdə apardığı təbliğatla mübarizə aparmır.  

Ucarliyiq.biz TASS-ə istinadən xəbər verir ki, bu barədə Britaniya Parlamentinin daxili işlər üzrə komitəsinin hesabatına deyilir. 

Millət vəkillərinin fikrincə, sosial şəbəkələr və digər internet-servislər ekstremist və terror qruplaşmaların “təbliğatı və yeni üzvlərin toplanması üçün platformaya çevrilib”.

“Milyardlarla gəliri olan “Google”, “Facebook” və “Twitter” kimi şirkətlər terrorçuların internet servislərdə apardığı təbliğatla mübarizə etmirlər. Onlar milli hüquqi statusun arxasında gizlənərək bu mübarizədə məsuliyyəti başqalarının üzərinə qoyurlar”, -  deyən Britaniya Parlamentinin daxili işlər üzrə komitəsinin sədri Kit Vaz, sadalanan şirkətlərin “saytlarının terrorçular tərəfindən istifadə edildiyini” bildiklərini də qeyd edib. 

Siyasətçinin fikrincə, Britaniya hökuməti İŞİD-in sərəncamında olan təbliğat maşını ilə mübarizə üçün effektiv tədbirlər hazılamalıdır.

Hesabatda Britaniya polisinin gündəlik olaraq internetdən 300-ə yaxın ekstremist məzmunlu material sildiyi qeyd edilib. 

ucarliyiq.biz