» » Kuba və ABŞ uçuşları bəpa edir

Kuba və ABŞ uçuşları bəpa edir

Kuba və ABŞ uçuşları bəpa edir

Əlli il ərzində ABŞ və Kuba arasında ilk birbaşa müntəzəm reys avqustun 31-də Amerikanın “JetBlue” şirkəti tərəfindən həyata keçiriləcək. Təyyarə Santa-Klarudan Fort-Loderdeyldən (Florida) havaya qalxacaq.  

Ucarliyiq.biz xəbər verir ki, bu barədə avqustun 25-də adanın nəqliyyat nazirinin müavini Eduardo Rodriqes bildirib. 

“Müntəzəm reyslərin bərpası iki ölkə arasında münasibətlərin yaxşılaşdırılması prosesində müsbət addımdır”, - “Globovision” kanalı Rodriqesin jurnalistlərə dediyi sözlərdən sitat gətirib. 

Bu uçuş 1963-cü ildən bəri ABŞ və Kuba arasında ilk müntəzəm reys olacaq. 


ucarliyiq.biz