» » Bu gün FED dolların taleyinə qərar verəcək

Bu gün FED dolların taleyinə qərar verəcək

Bu gün FED dolların taleyinə qərar verəcək

Bu gün Bakı vaxtı ilə saat 18:00-da FED sədri Janet Yellenin çıxışı gözlənilir.

Oxu Az xəbər verir ki, son bir neçə gündür dünya maliyyə bazarlarında aktual olan “Jackson Hole” toplantısı fonunda FED sədri Janet Yellenin çıxışı investorlar tərəfindən böyük maraqla gözlənilir. Yellenin çıxışında faiz artımının zamanına dair işarələr axtarılacaq.

Dünya valyuta birjalarında zəif hərəkətlilik bu gün də davam edir. EUR/USD cütlüyü hələ də 1.12$ ətrafında ticarət olunur və GBP/USD cütlüyü isə artım trendi üzrə korreksiyadadır. 

Avronun dollara nisbətən qiymət hal-hazırda 1,1290$ ətrafında ticarət olunur və qiymət 1,1245$-ı aşağı istiqamətdə qırarsa, 1,1200 və 1,1170$-ə kimi ucuzlaşa bilər. 1,1365$-ə kimi bahalaşmalar isə korrektiv xarakter daşıyır.

Funtun dollara nisbətən qiyməti 1,3272$-ə kimi bahalaşdıqdan sonra 1,3168$-ə kimi korreksiya edib. Bu gün Asiya sessiyasında qismən, yəni 1,3200$-ə kimi bahalaşan qiymət 1,3168$-i yenidən aşağı istiqamətdə qırarsa, 1,3116$-ə kimi dəyər itirə bilər.

Bu gün həmçinin dünya birjalarında dollar və funtun qiymətinə təsir edə biləcək fundamental xəbərlər yayımlanacaq. Bunlar Bakı vaxtı ilə saat 12:30-da və Bakı vaxtı ilə saat 16:30-da müvafiq olaraq yayımlanacaq Böyük Britaniya və Amerikanın 2-ci rüb üzrə ÜDM göstəricilərinin təkrar hesablanmış variantlarıdır.

Böyük Britaniyanın 2-ci rübdə ÜDM-in 0,6% artığı proqnozlaşdırılır (1-ci açıqlanma ilə eynidir), lakin ABŞ-ın 2-ci rüb üzrə ÜDM-də 1,2%-lik artımın 1,1% ilə əvəz edilməsi proqnozlaşdırılır.

Lakin onu da qeyd etmək lazımdır ki, proqnozlar özünü doğruldarsa və ya ÜDM üzrə təkrar açıqlamalarda böyük dəyişiklik müşahidə olunmasa, dollar və funtun qiymətində güclü hərəkətlilik olmaya da bilər.

Z.C

ucarliyiq.biz