» » Kuba XİN: ABŞ interneti təxribat məqsədilə istifadə edir

Kuba XİN: ABŞ interneti təxribat məqsədilə istifadə edir

Kuba XİN: ABŞ interneti təxribat məqsədilə istifadə edir

“Amerika Birləşmiş Ştatları interneti Kubaya qarşı təxribat fəaliyyəti üçün istifadə edir”. 

Ucarliyiq.biz xəbər verir ki, bu barədə Kubanın Xarici İşlər Nazirliyinin ABŞ şöbəsinin direktoru Hosefina Vidal avqustun 25-də bəyan edib.

“ABŞ-ə qanunsuz radio və teleyayımlar azlıq edir, bu səbəbdən də o artıq interneti istifadə edir”, - Vidal öz “Twitter” səhifəsində yazıb. 

Bununla yanaşı diplomat Kubanın rəsmi “Kuba debat” internet-portalında “Amerikalı vergi ödəyicisinin pulları Kubada təxribat vasitəsilə internetin istifadə edilməsinə dair görüşü maliyyələşdirəcək” adlı məqalə yerləşdirib.  

Məqalədə bildirilir ki, Mayamidə “Barak Obamanın hakimiyyətdə olduğu dövrdə heç nə dəyişməyib və Amerikanın təxribat planlarının bir hissəsi olan” forum keçiriləcək. Məqalədə qeyd edildiyi kimi görüşü Kubaya yayım idarəsi maliyyələşdirəcək.   

Məqalədə qeyd edilir ki, Mayamidə keçiriləcək konfransın məqsədi “adada, yeni texnologiyaların istifadəsi ilə rejimi dəyişmək istəyən “müstəqil” jurnalistləri bir araya toplamaqdır”.

“Kuba debat”da rəsmi məlumatlara görə, ABŞ-ın son iyirimi ildə Kubada rejimin devrilməsinə 284 milyon dollar sərf etdiyi yazılır. 


ucarliyiq.biz