» » Avropa Şurası ekspertləri Türkiyədə çevriliş cəhdini araşdıracaq

Avropa Şurası ekspertləri Türkiyədə çevriliş cəhdini araşdıracaq

Avropa Şurası ekspertləri Türkiyədə çevriliş cəhdini araşdıracaq

“Avropa Şurasının ekspertləri dövlət çevrilişi cəhdinin araşdırılması üzrə müzakirələr aparmaq məqsədilə yaxın zamanlarda Türkiyə rəsmiləri ilə görüşəcək. Türkiyə bu məsələdə Avropa Şurası ilə əməkdaşlığa hazırdır”.

Ucarliyiq.biz   xəbər verir ki, bunu Avropa Şurasının baş katibi Turbyorn Yaqland “Welt” nəşrinə müsahibəsində deyib.

“Rəsmi Ankara çevriliş cəhdinin iştirakçıları ilə bağlı hazırda həyata keçirilən hüquqi prosesdə Avropa Şurası ilə əməkdaşlıq etmək niyyətindədir. Amma həm də avropalılar prosesə öz töhfəsini verməlidir” - deyə T.Yaqlanda bildirib.

Onun sözlərinə görə, Avropa Şurasının ekspertləri yaxın zamanlarda Türkiyə rəsmiləri ilə görüşərək dövlət çevrilişinə cəhddə təqsirləndirilən şəxslərin hüquqlarını necə müdafiə etməyi müzakirə edəcək: “Məhkəmənin Avropa standartlarına uyğun keçdiyinə əmin olmaq üçün bunlar mütləqdir”.

O bildirib ki, Avropa aktual problemlərə diqqət ayırmalıdır, daha siyasi ritorikadan istifadə etməməlidir: “Türklər barədə danışmaqdansa, onların özləri ilə danışmalıyıq”.

Z.C

ucarliyiq.biz