» » Roqozin: Rusiya Qərbin boğazında qalan tikədir

Roqozin: Rusiya Qərbin boğazında qalan tikədir

Roqozin: Rusiya Qərbin boğazında qalan tikədir

Rusiyaya qarşı sanksiyalar ləğv edilməyəcək, çünki bizim ölkə Qərbin boğazında qalan tikədir.

Ucarliyiq.biz TASS-ə istinadən xəbər verir ki, bu fikri Rusiyanın baş nazirinin müavini Dmitri Roqozin bildirib. 

“Sanksiyaların müvəqqəti xarakter daşıdığı həqiqət deyil. Rusiyaya qarşı sanksiyalar hər zaman olacaq, çünki həyata baxışımız, müstəqilliyimiz, zəngin ərazimiz, sarsılmaz xalqımız Qərbin boğazında qalan tikədir”, - o deyib. 

Baş nazirin müavininin sözlərinə görə, yaşadığımız dövrü dinc adlandırmaq olmaz. 

“Rusiyanın tarixində dəfələrlə olduğu kimi təhlükə yaranıb. Siyasətdə şantaj gedir, ölkəmizə qarşı sanksiyalar tətbiq edilib. Rusiya öz gücünün bərpasını bəyan etdikdə hər zaman belə olub, - Roqozin qeyd edib. – Bizə hər zaman mane olmağa çalışıblar, olurlar, olacaqlar da”. 

O vurğulayıb ki, ölkənin silahlı qüvvələrinin qüdrəti yalnız rus əsgərinin ruhunda deyil, eləcə də rus silahının etibarlılığındadır.


ucarliyiq.biz