» » İsrail əsgərləri fələstinli gənc qızı öldürdü - Video xəbər

İsrail əsgərləri fələstinli gənc qızı öldürdü - Video xəbər

İsrail əsgərləri fələstinli gənc qızı öldürdü   - Video xəbər

İsrail əsgərlərinin açdığı atəş nəticəsində ağır yaralanan fələstinli gənc qız xəstəxanada həyatını itirib.

ucarliyiq.biz xəbər verir ki, Fələstin polisi ölən qızın 18 yaşlı Hedil el-Heşlemun olduğunu açıqlayıb.

Gənc qızın atası Salah qızının amansızcasına öldürüldüyünü qeyd edib: “İsrail əsgərləri qızımı soyuqqanlılıqla öldürdü. Vəhşicəsinə və qəsdən öldürdülər”.

İsrail ordusu verdiyi yazılı açıqlamada isə bildirib ki, Qərbi İordan çayının sahilindəki Əl Xəlil şəhərində gənc qız əsgərə bıçaqlı hücum cəhdi etdiyinə görə əsgərlər tərəfindən vurulub.