» » Nepalda avtobus çaya düşüb, 20 nəfər ölüb

Nepalda avtobus çaya düşüb, 20 nəfər ölüb

Nepalda avtobus çaya düşüb, 20 nəfər ölüb
Nepalın mərkəzi hissəsində avtobusun yoldan çıxaraq çaya düşməsi nəticəsində ən azı 20 nəfər ölüb, 17 nəfər yaralanıb.

ucarliyiq.biz xəbər verir ki, bu barədə polisə istinadən "Himalayan Times" məlumat yayıb.

İnsident cümə günü səhər saatlarında baş verib. İlkin məlumata görə, avtobusda 39 nəfər olub: 37 sərnişin, sürücü və konduktor. Son ikisi itkin düşmüş hesab olunur.