» » Tunis parlamenti milli birlik hökumətinin tərkibini təsdiq edib

Tunis parlamenti milli birlik hökumətinin tərkibini təsdiq edib

Tunis parlamenti milli birlik hökumətinin tərkibini təsdiq edib
Türkiyə parlamenti ölkənin yeni baş naziri Yusif əş-Şahid tərəfindən təklif olunan milli birlik hökumətinin tərkibini təsdiq edib.

ucarliyiq.biz "Reuters"ə istinadən xəbər verir ki, avqustun əvvəlində prezident tərəfindən təsdiq edilən Əş-Şahid ötən həftə milli birlik hökumətinin tərkibini elan edib.

Yeni baş nazir daxili və xarici işlər nazirləri, həmçinin müdafiə idarəsi rəhbərini yeni hökumətdə öz vəzifəsində saxlayıb.

"Sinxua"nın məlumatına görə, yeni hökumətin təsdiqinə 167 parlament üzvü səs verib, 22 nəfər əleyhinə çıxıb, daha 5 nəfər bitərəf qalıb. Yeni hökumət 26 nazir və 14 dövlət katibi, eləcə də, 8 qadın və 14 gənc idarəçidən ibarətdir.

40 yaşlı Əş-Şahid 1956-cı ildən bu yana Tunisin ən gənc baş naziri olub.