» » Zimbabve prezidenti anti-hökumət nümayişlərini dağıtmağa çağırıb

Zimbabve prezidenti anti-hökumət nümayişlərini dağıtmağa çağırıb

Zimbabve prezidenti anti-hökumət nümayişlərini dağıtmağa çağırıb
Cümə günü Zimbabvenin paytaxtı Hararedə polis tərəfindən gözyaşardıcı qaz və su şırnağı tətbiq edilməklə dağıdılan kütləvi etiraz aksiyaları keçirilib.

ucarliyiq.biz xəbər verir ki, 1980-ci ildən ölkəni fasiləsiz olaraq idarə edən 92 yaşlı prezident Robert Muqabe Zimbabvedə "ərəb baharı"nın olmayacağını bildirib.

O, həmçinin iddia edib ki, baş verən hadisələrin arxasında xarici qüvvələr dayanıb. Onun sözlərinə görə, ABŞ və digər Qərb ölkələri Zimbabve müxalifətinə maliyyə yardımı edirlər.

Muqabe əleyhdarları islahatlar, o cümlədən seçki sistemində dəyişikliklər tələbi ilə küçələrə çıxıblar. Son 20 ilin ən amansız toqquşmaları paytaxtın böyük hissəsini əhatə edib.

Müxalifət liderləri etirazların davam edəcəyini vəd verirlər.