» » Yaponiyada avtomobil məktəbliləri vurub, 9 nəfər yaralanıb

Yaponiyada avtomobil məktəbliləri vurub, 9 nəfər yaralanıb

Yaponiyada avtomobil məktəbliləri vurub, 9 nəfər yaralanıb
Yaponiyada minik avtomobili ilə "taksi"nin toqquşması nəticəsində maşınlardan biri məktəblilərdən ibarət qrupun üzərinə gedib, 9 nəfər yaralanıb.

ucarliyiq.biz xəbər verir ki, bu barədə şənbə günü NHK teleşirkəti məlumat yayıb.

Qəza Xyoqo perfekturasında baş verib. Yol kəsişməsində iki avtomobil toqquşub. Qəza zamanı taksi məktəblilərin üstünə gedib. Nəticədə onlardan 7 nəfəri yaralanıb, bundan əlavə taksidə olan iki məktəbli xəsarət alıb.

Zərər çəkən məktəblilər xəstəxanaya yerləşdirilib. Polis hadisənin səbəblərini araşdırır.