» » Məkkədə qurbanlıq heyvanlar bahalaşdı

Məkkədə qurbanlıq heyvanlar bahalaşdı

Məkkədə qurbanlıq heyvanlar bahalaşdı

Qurban bayramının yaxınlaşdığı bir vaxtda Səudiyyə Ərəbistanında qurbanlıq heyvan bazarında kəskin bahalaşma müşahidə olunur.
Ucarliyiq.biz xəbər verir ki, Səudiyyəyə Latın Amerikası ölkələri və Monqolustan kimi Uzaq Şərq ölkələrindən də konteynerlərlə qurbanlıq heyvan gəlir, buna baxmayaraq, qiymətlər bahadır. Əvvəlki illərdə quru yolu ilə Suriya və İraqdan da xeyli sayda qurbanlıq heyvan gətirilirdi, bu il isə həmin heyvanlar yoxdur və daha az ölkədən heyvanın gətirilir.
Məkkədə qurbanlıq heyvanlar bahalaşdı

Səudiyyə Ərəbistanına gətirilən qurbanlıqlar
Bu il ölkənin Dəyanət İşləri Nazirliyi bir qurbanlıq heyvan üçün İslam İnkişaf Təşkilatına 135 dollar ödəyib, bazarlarda isə qiymətlər 150 dollardan başlayır. 500 rialla 1500 rial arasında dəyişən kiçik baş heyvanın qiymətini isə bazarlığa görə 20 faiz ucuzlaşdırmaq olur.
Məkkədə 5 ayrı yerdə qurbanlıq heyvan bazarı mövcuddur. Şəhərdən 40 kilometr aralıda, Yəmən yolunda yerləşən bazarda Somali, Efiopiya və Yəməndən gətirilən qurbanlıq heyvanlar satılır. Yəmənli qəssablar Səudiyyə Ərəbistanı vətəndaşlarının qurbanlıq heyvanlarını bazarlardakı ətkəsmə məntəqələrində vəkalət almaqla kəsirlər. Məkkədəki heyvan bazarlarında Səudiyyə Ərəbistanı vətəndaşlarından və Səudiyyə Ərəbistanında yaşayış hüququ olanlardan başqa heç kimin qurbanlıq heyvanı kəsilmir.
Hacı namizədlərinin 2 milyona yaxın qurbanlığı isə İslam İnkişaf Təşkilatının ətkəsmə məntəqələrində kəsilir və dünyanın yoxsul ölkələrinin müsəlmanlarına göndərilir.
Ümumilikdə, bu il 2 milyondan çox zəvvarların müqəddəs torpaqlarda ziyarət ediyi bildirilir. Ziyarət edənlərin 2400 nəfərdən çoxu Azərbaycan vətəndaşıdır. Azərbaycanlı zəvvarların verdiyi məlumata görə, indiyədək hər hansı bir problemlə qarşılaşmayıblar.
Məkkədə qurbanlıq heyvanlar bahalaşdı

Məkkə şəhəri