» » Hindistanın şimalında iki zəlzələ qeydə alınıb

Hindistanın şimalında iki zəlzələ qeydə alınıb

Hindistanın şimalında iki zəlzələ qeydə alınıb
Bu gün səhər saatlarında Hindistanın şimalındakı Himaçal Pradeş ştatında 4,6 bal gücündə iki zəlzələ qeydə alınıb.

ucarliyiq.biz TASS-a istinadən xəbər verir ki, seysmoloqların məlumatına görə, yeraltı təkanların ocağı Kulu vadisində 10 km dərinlikdə olub.

İlk təkan 4,6 maqnituda gücündə, bundan 20 dəqiqə sonra yaşanmış ikincisi təkan isə 4,3 bal gücündə olub.

Hələlik ölən və yaralanan, dəymiş zərər barədə məlumat daxil olmayıb.