» » Çində G20 sammiti ərəfəsində genişmiqyaslı antiterror təlimləri başlayıb

Çində G20 sammiti ərəfəsində genişmiqyaslı antiterror təlimləri başlayıb

Çində G20 sammiti ərəfəsində genişmiqyaslı antiterror təlimləri başlayıb
Çinin Şanxay şəhərində irimiqyaslı antiterror təlimləri başlayıb.

ucarliyiq.biz RİA "Novosti"yə istinadən xəbər verir ki, təlimlər Çin Xalq Azad Ordusunun Şanxay qarnizonu, silahlı polisin Şanxay bölüyü və ictimai təhlükəsizlik üzrə şəhər idarəsi ilə birgə Şanxay Antiterror Komitəsi tərəfindən təşkil edilib.

Təlimlərə cəlb olunan hərbçi və texnikanın sayı, eləcə də onun müddəti barədə məlumat verilmir.

Qeyd edək ki, daha əvvəl Çin KİV-i artan terror təhlükəsi və Xançjouda keçiriləcək G20 sammiti səbəbi ilə Şanxayın aeroportlarında və dəmir yolu stansiyalarında təhlükəsizlik tədbirlərinin gücləndirildiyini xəbər verib.