» » Bakıda nurçuların kütləvi həbsi

Bakıda nurçuların kütləvi həbsi

Bakıda nurçuların kütləvi həbsi

Bakıda “Nurçu”lara qarşı əməliyyat keçirilib.
Daxili İşlər Nazirliyindən verilən əlumata görə, Bakıda sentyabrın 19-da Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Bölməsi və Milli Təhlükəsizlik Nazirliyinin Yasamal rayon şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Mübariz Əsədovun X.Mustafayev küçəsindəki evində “Nurçu” dini təriqətini təbliğ etdikləri üçün 85 nəfər saxlanılıb.
Evə baxış zamanı 3000 ədəd yayılması və təbliği qanunla qadağan edilmiş dini ədəbiyyat aşkar edilərək götürülüb.
Bakıda nurçuların kütləvi həbsi

Yayılması və təbliği qanunla qadağan edilmiş dini ədəbiyyat
Onlardan 2 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 300-cü (Dini etiqad azadlığı haqqında qanunvericiliyin pozulması), 5 nəfər barəsində isə 299.0.2-ci (299.0.2. dini yığıncaqlar, yürüşlər və digər dini mərasimlərin təşkilinin və keçirilməsinin qanunvericiliklə müəyyən edilmiş qaydalarının pozulmasına) maddələri ilə protokol tərtib edilərək buraxılıblar.
Azərbaycanda “Nurçu”lar adlanan qruplaşmanın ən böyük yayılma forması "Hizmet" hərəkatı vasitəsi ilə həyata keçirilir. Həmin hərəkat öz fəaliyyətini Fətullah Gülənə aid olduğu iddia edilən “Türk Liseyləri” və “Araz Kursları” vasitəsi ilə həyata keçirilirdi.
Bakıda nurçuların kütləvi həbsi

Fətullah Gülən - "Nurçu"ların başçısı
Keçən il iyun ayının 19-da Azərbaycan Beynəlxalq Təhsil Kompleksinə daxil olan "Türk Liseyləri" və “Araz Kursları” MMC-nin fəaliyyətinin dayandırılması haqqında qərar qəbul edildilərək Gülən məktəblərinin fəaliyyətinə son qoyuldu. Gülən məktəblərinə 11 lisey - Ağdaş liseyi, Bakı liseyi, Dədə Qorqud liseyi, Qafqaz gimnaziyası, Gəncə liseyi, Quba liseyi, Lənkəran liseyi, Mingəçevir liseyi, Sumqayıt liseyi, Şəki liseyi və Şirvan liseyi, “Araz kursları” həmçinin Qafqaz Universiteti daxil idi.
Bakıda nurçuların kütləvi həbsi

Gülənin Azərbaycandakı məktəbləri bağlandıqdan 2 həftə sonra Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən üç məktəbi daha - Naxçıvan Türk Liseyi, Şərur Türk Liseyi və Ordubad Qız Liseyi də fəaliyyətini dayandırdı. Bununla da Azərbaycanda nurçuların fəaliyyəti məhdudlaşmış oldu.
Məktəblərin bağlanmasından sonra Bakıda və bir sıra rayonlarda nurçuluğun təbliğilə məşğul olan bir neçə şəxs polis tərəfindən saxlanıldı. Onlardan böyük həcmdə qadağan edilmiş dini ədəbiyyat götürüldü. Bakıda Fətullah Gülən camaatına aid olduğu bildirilən “Damla” yataqxanasının icarə müqaviləsi dayandırıldı. Bundan əlavə, Azərbaycanda bir sıra kütləvi-informasiya vasitələrinin “Hizmət" hərəkatı ilə bağladığı bəzi məmurlar tutduqları vəzifədən azad edildilər.
Onlardan biri də Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov idi. MTN tərəfindən 6 saat dindirilən E.Aslanov daha sonra Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin strateji planlaşdırma, elmi potensial və investisiya şöbəsinin müdiri vəzifəsinə təyin edilmişdi.
Bakıda nurçuların kütləvi həbsi

Elnur Aslanov - MTN-in nurçuluğa görə dindirdiyi vəzifəli şəxlərdən biri
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan da Hizmət hərəkatını hədəfə alaraq bu insanların hökumətdə yüksək vəzifədə yerləşdirildiyini və Fətullah Gülənə xidmət etməklə dövlət içində dövlət yaradaraq real bir təhlükəyə çevrildiklərini bildirmişdi.
Bakıda nurçuların kütləvi həbsi

Ərdoğan solda, F. Gülən sağda
Hazırda Türkiyədə də nurçuların müəyyənləşdirilərək barələrində lazımı tədbirlər görülməsi istiqamətində işlər aparılır.
Azərbaycanlı politoloq Elxan Şahinoğlu Bakıda MTN-in apardığı əməliyyatın Ankaranın xahişi ilə gerçəkləşdirildiyini bildirib: "Ankara Bakının qaldığı yerdən nurçulara qarşı mübarizəsini davam etməsini xahiş edib. Nurçularla əlaqədə şübhəli bilinən iki keçmiş deputata YAP-ın siyahısında yer tapılmayıb."