» » Ermənistanda xərçəng xəstəliyinə tutulanların sayı artır

Ermənistanda xərçəng xəstəliyinə tutulanların sayı artır

Ermənistanda xərçəng xəstəliyinə tutulanların sayı artır
Ermənistanda xərçəng xəstəliyinə tutulma hallarının səviyyəsi son 20 il ərzində iki dəfə artıb.

ucarliyiq.biz Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə Milli Onkologiya Mərkəzinin direktor müavini Qaqik Bazikyan bildirib.

"İyirmi il əvvəl ildə 4-5 min adam qeydiyyata alırdıqsa, indi bu göstərici təqribən 8700 nəfərə çatıb", - deyə, o vurğulayıb.

Q.Bazikyan Ermənistanda adətən xəstələrin həkimlərə çox gec, xərçəng xəstəliyinin son mərhələsində müraciət etdiyini söyləyib.