» » Moskvada yanğın nəticəsində ölənlərin hamısı Qırğızıstan vətəndaşı olub

Moskvada yanğın nəticəsində ölənlərin hamısı Qırğızıstan vətəndaşı olub

Moskvada yanğın nəticəsində ölənlərin hamısı Qırğızıstan vətəndaşı olub
Moskvada Altufyevskoye yolunda yerləşən tipoqrafiya ofisində baş vermiş yanğın nəticəsində ölənlərin hamısı Qırğızıstan Respublikası vətəndaşı olub.

ucarliyiq.biz TASS-a istinadən xəbər verir ki, bu barədə agentliyə hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.

Bildirilib ki, ölənlərin hamısı tipoqrafiya ofisinin anbarında işləyənlərdir. Mənbə dünyasını dəyişənlərin Moskvada qanuni yolla çalışdığını diqqətə çatdırıb. Yanğın işçilərin səhər növbəsini qəbul etməsindən sonra baş verib.

Hadisə nəticəsində anbarda ölənlər yuxuda tüstüdən boğulublar.