» » Ermənistanda qazdoldurma stansiyasında partlayış baş verib

Ermənistanda qazdoldurma stansiyasında partlayış baş verib

Ermənistanda qazdoldurma stansiyasında partlayış baş verib
Ermənistanda Armavir əyalətinin Karakert kəndində yerləşən qazdoldurma stansiyasında partlayış baş verib.

ucarliyiq.biz Ermənistan KİV-inə istinadən xəbər verir ki, partlayış avqustun 27-nə keçən gecə "Norapat AK" yanacaqdoldurma məntəqəsində olub.

Hadisə "VAZ-2101" markalı avtomobilin balonunun doldurulması zamanı qeydə alınıb. Nəticədə "Jiquli"nin sürücüsü ölüb. Stansiyanın işçisi ayağından xəsarət alıb. O, "Erebuni" tibb mərkəzinə yerləşdirilib.

Həkimlər yaralının vəziyyətini ağır kimi qiymətləndirir.