» » Yüksək vəzifəli məmurun 1.7 milyon dollarlıq villası (FOTO)

Yüksək vəzifəli məmurun 1.7 milyon dollarlıq villası (FOTO)

Yüksək vəzifəli məmurun 1.7 milyon dollarlıq villası (FOTO)

Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskovun 1.7 milyon dollarlıq villasının olduğu iddia edilir.
Ucarliyiq.biz xəbər verir ki, bu iddia ilə Rusiyalı müxalifətçi Aliksey Navalni öz bloqunda çıxış edib. Müxalifətçi hətta bloqunda Peskovun evinin şəkillərini də paylaşıb.
Lüks villanın Moskvanın qərbində yerləşdiyi iddia edilir.
Putinin ən yaxın adamlarından hesab edilən Peskovun adı təkcə bu qalmaqalda səslənməyib. Bir neçə ay əvvəl evlənən Peskov toyunda 600 min avroluq saat taxması ilə medianın gündəminə gəlmişdi. Hətta onun bal ayını 350 min avroluq bir yaxtada keçirdiyi iddia edilirdi.
Yüksək vəzifəli məmurun 1.7 milyon dollarlıq villası (FOTO)

Yüksək vəzifəli məmurun 1.7 milyon dollarlıq villası (FOTO)

Peskovun olduğu iddia edilən villa
Peskovun toyu Soçidə yerləşən otellərdən birində keçirilib. Toya hazırlıq zamanı da qalmaqal yaşanıb.
Yüksək səviyyəli qonaqların iştirak etdiyi toyun keçiriləcəyi otelin yeri təhlükəsizlik məqsədi ilə dəyişdirilib. Qonaqlar isə buna etiraz ediblər. Təhlükəsizlik görünməmiş səviyyədə təmin edilib. Belə ki, otelin sahil ərazilərinə də mühafizə dəstələri yerləşdirilib. Dmitri Peskovun evlənədiyi şəxs - Tatyana Navka fiqurlu konkisürmə üzrə Avropa çempionudur.
Tatyana Navkanın idmançı Aleksandr Julinlə olan nigahından 14 yaşlı Aleksandra adında qızı var. Navkanın ötən ilin avqustunda dünyaya gətirdiyi ikinci qızı Nadejdanın atası isə Dmitriy Peskovdur. Nadejda Peskovun yeganə övladı deyil.
Kremlin sözçüsunün əvvəlki iki nigahından daha 4 uşağı var. 47 yaşlı Dmitri Peskovla Tatyana Navka 2011-ci ildə ortaq dostlarının ad günü mərasimində tanış olublar.
Yüksək vəzifəli məmurun 1.7 milyon dollarlıq villası (FOTO)

Peskov və onun idmançı həyat yoldaşı Tatyana Navka