» » Dünyanın ən nəhəng ürəyi Bakıda (VİDEO)

Dünyanın ən nəhəng ürəyi Bakıda (VİDEO)

Dünyanın ən nəhəng ürəyi Bakıda (VİDEO)

Bakıda səhiyyə avadanlıqlarının nümayiş edildiyi sərgi işinə başlayıb.
ANS TV-nin məlumatına görə, ən yeni texnologiya hesab edilən səhiyyə avadanlıqları 3 gün ərzində EXPO mərkəzində “Beauty Azerbaijan 2015” sərgisində nümayiş olunacaq. Burda insanın əl boyda ürəyinin funksiyasını yerinə yetirən nəhəng aparatlardan tutmuş, fərdi gigiyena vasitələrinə qədər hər şeyə rast gəlmək olar. Bakıda yeni bazar marağında olan firmalar bu gün satış deyil, rəsmi nümayəndəlik-distryubitor axtarışında idilər. Sabahdan isə satış həyata keçiriləcək. Sərgiyə maraq gözlənildiyindən də çox idi.
Dünyanın tibb sahəsində ixtisaslaşan 19 ölkəsindən 189 şirkətinin iştirak etdiyi sərgidə Böyük Britaniya, Çin, Latviya Finlandiya, Almaniya, ABŞ, İsveçrə, İran, Türkiyə kimi ölkələrin tibbi sahədə qazandığı nailiyyətlər nümayiş olunur. Nümayişdə Azərbaycanı təbii tərkibli bitki çayları və gözəllik, dəriyə qulluq vasitələrinin sərgiləndiyi stendlər təmsil edir.
3 gün davam edəcək “Beauty Azerbaijan 2015” sərgisi həkimlər, tibb müəssisələri və müasir tibbi avadanlıqlar istehsalı ilə məşğul olan şirkətlərin görüşdüyü böyük bir tədbir hesab olunur. Burda tibbi texnologiyanın ən son yenilikləri və müasir səhiyyənin nailiyətləri ilə tanış olmaq mümkündür.