» » Türkiyədə baş vermiş yol qəzasında 7 nəfər ölüb, 10 nəfər yaralanıb

Türkiyədə baş vermiş yol qəzasında 7 nəfər ölüb, 10 nəfər yaralanıb

Türkiyədə baş vermiş yol qəzasında 7 nəfər ölüb, 10 nəfər yaralanıb
Türkiyənin cənub-şərqində ağır yol qəzası baş verib.

ucarliyiq.biz-in məlumatına görə, bu barədə "CNN Türk" xəbər yayıb.

Məlumata görə, hadisə Adıyaman şəhəri yaxınlığında baş verib. Bingöl-Adıyaman marşrutu ilə hərəkət edən sərnişin avtobusunun minik avtomobili ilə toqquşması nəticəsində 7 nəfər ölüb. Ölənlərdən 2-nin uşaq olduğu bildirilir.

Qəza zamanı daha 10 nəfər xəsarət alıb. Yaralılar xəstəxanalara yerləşdirilib.

Xəsarət alanlardan bir neçəsinin vəziyyətinin ağır olduğu bildirilir.

Polis hadisənin başvermə səbəblərini araşdırır.