» » Hindistanda sərnişin qatarı relsdən çıxıb, 30-dan çox insan xəsarət alıb

Hindistanda sərnişin qatarı relsdən çıxıb, 30-dan çox insan xəsarət alıb

Hindistanda sərnişin qatarı relsdən çıxıb, 30-dan çox insan xəsarət alıb
Hindistanda 12 vaqonlu sərnişin sürət qatarı relsdən çıxıb.

ucarliyiq.biz "TASS" agentliyinə istinadən xəbər verir ki, hadisə ölkənin cənubunda, Kerala ştatında baş verib.

Belə ki, Trivandrum şəhərindən Manqalor şəhərinə gedən 12 vaqonlu sərnişin qatarı yolların dağılması səbəbindən relsdən çıxıb. Hadisə nəticəsində 30-dan çox sərnişin xəsarət alıb.

Xoşbəxtlikdən vaqonlar aşmayıb, lakin digər yollar zədələnib.

Hazırda fəhlə briqadaları hazırda hadisənin nəticələrini aradan qaldırır.