» » Yəmənin 7 dinc sakini koalisiya qüvvələrinin hava zərbələri nəticəsində həlak olub

Yəmənin 7 dinc sakini koalisiya qüvvələrinin hava zərbələri nəticəsində həlak olub

Yəmənin 7 dinc sakini koalisiya qüvvələrinin hava zərbələri nəticəsində həlak olub
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi hərbi koalisiya təyyarələrinin Yəmənin mərkəzi hissəsində üsyançıların avtomobil karvanına endirdiyi zərbə nəticəsində 7 dinc sakin həlak olub.

ucarliyiq.biz-in məlumatına görə, bu barədə "Frans Press" agentliyi məmurlardan birinə istinadən xəbər verib.

Agentliyə məlumat verən hərbi məmurun sözlərinə görə, hadisə Taiz şəhəri yaxınlığında olub. Koalisiya qüvvələri nəqliyyat vasitələrinə hava zərbələri endirib. Zərbələrə məruz qalan avtomobillərdən üçü üsyançılara məxsus olub.

Məlumata görə, şəhər xəstəxanalarından 7 dinc sakinin cəsədi çıxarılıb.

Aviazərbələr zamanı 9 üsyançı da öldürülüb. Habelə daha 14 nəfər xəsarət alıb.