» » Məkkədə İŞİD-ə qarşı təlimlər keçirilir (FOTO)

Məkkədə İŞİD-ə qarşı təlimlər keçirilir (FOTO)

Məkkədə İŞİD-ə qarşı təlimlər keçirilir (FOTO)

Səudiyyə Ərəbistanı ordusu həcc mövsümündə terror aktlarının baş verməməsi və zəvvarların təhlükəsiz hərəkətı məqsədi ilə geniş hərbi təlimlər keçirib.
Ucarliyiq.biz xəbər verir ki, təlimlərdə əsgər, polis və kəşfiyyatçı dəstələr iştirak edib. Təlimlər hərbi paradla başlayıb.
Xüsusi təyinatlı dəstələrin və helikopterlərin iştirak etdiyi hərbi təlimləri ölkənin Daxili işlər naziri və Həcc nazirliyinin başçısı Şahzadə Məhəmməd bin Nayif bin Abdülaziz, əmirlər və nazirlər izləyib. Məkkə şəhərinin Ərafat dağı yaxınlığında baş tutub.
Məkkədə İŞİD-ə qarşı təlimlər keçirilir (FOTO)

Xüsusi təyinatlılar
Terrorçuların yaxalanması və izlənməsi üçün nəzərdə tutulan xüsusi avtomobillərlə cinayətkarların zərərsizləşdirilməsini əks etdirən səhnələr böyük maraqla qarşılanıb. Snayperçilər xüsusi akrobatik hərəkətlərlə hədəfə atəş açıblar.
Məkkədə İŞİD-ə qarşı təlimlər keçirilir (FOTO)

Zərərsizləşdirilən şərti terrorçu
Son vaxtlar terror aktlarının baş verdiyi Səudiyyə Ərəbistanında bu həcc mövsümündə terror hücumu baş verməsə də, Kəbədə dəhşətli faciə baş verib. Sentyabrın 11-də Məscidi Haramda təmir işləri aparan qaldırıcı kranın aşması nəticəsində 100-dən çox insan həyatını itirib. Xəsarət alanların sayının 238 nəfərdən çox olduğu bildirilirdi.
Səudiyyə Ərəbistanı hökümətinin apardığı araşdırmalar nəticəsində faciəyə güclü küləyin və leysan yağışın səbəb olduğu məlum olub. Hadisə zamanı məscidin ətrafında 800 min insan olub.
Faciə baş verən vaxt hadisə yerində azərbaycanlı zəvvarlar olasada xoşbəxtlikdən ölən və xəsarat olan olmayıb.
Kran faciəsindən altı gün sonra Məkkədəki mehmanxanaların birində yanğın baş verdi və içəridə olan 1000-dən artıq zəvvar təxliyyə edildi. Yanğın zamanı iki zəvvarın yaralandığı bildirilir.
Səudiyyə hakimiyəti İŞİD-ə bağlı qrupların ölkədə fəaliyyət göstərdiyini nəzərə alaraq, həcc mövsümundə terror baş verəcəyi təhlükəsindən qorunmaq üçün təhlükəsizlik tədbirlərini gücləndirib. Son bir neçə gündə Səudiyyə Ərəbistanı polisi İŞİD-lə əlaqədə şübhəli bilinən iki nəfəri həbs edib.
Məkkədə İŞİD-ə qarşı təlimlər keçirilir (FOTO)

Məkkədə İŞİD-ə qarşı təlimlər keçirilir (FOTO)

Məkkə təlimləri
Həmçinin oxuyun:Kəbədə ölənlərin sayı 107 oldu (VİDEO, FOTO, YENİLƏNİB - 3)
Məkkədə növbəti faciə, yaralılar var (VİDEO, FOTO)
Kəbə faciəsinə görə Bin Laden cəzalandırıldı