» » İraqın şimalında İŞİD-in 700 silahlısı məhv edilib

İraqın şimalında İŞİD-in 700 silahlısı məhv edilib

İraqın şimalında İŞİD-in 700 silahlısı məhv edilib
İraqın şimalında İŞİD terror qruplaşmasının 700 silahlısı məhv edilib.

ucarliyiq.biz-in məlumatına görə, bu barədə "Anadolu" agentliyi xəbər yayıb.

Məlumata görə, terrorçular İraqın Neynəva vilayətinin Əl-Qayara şəhərinin azad edilməsi zamanı məhv ediliblər. Əməliyyat zamanı həmçinin terror qruplaşmasına böyük maddi ziyan dəyib.

İraq ordusunun Mosul şəhərində əməliyyatlar üzrə komandanı, polkovnik Əmir əl-Cuburi bildirib ki, İŞİD özü də bu itkiləri təsdiqləyib.

Əl-Cuburi qeyd edib ki, Əl-Qayaranın azad olunması ilə terror təşkilatı böyük maliyyə itkiləri ilə üzləşib. "Şəhər neftlə zəngindir və İŞİD üçün ticarət mərkəzi rolunu oynayırdı", - deyə o əlavə edib.

Bir zamanlar əhalisinin sayı 80 min nəfər təşkil edən Əl-Qayara İŞİD tərəfindən işğal olunduqdan sonra şəhər sakinlərinin sayı xeyli azalıb.