» » Özbəkistan prezidentinin səhhətində problem yaranıb

Özbəkistan prezidentinin səhhətində problem yaranıb

Özbəkistan prezidentinin səhhətində problem yaranıb
Özbəkistan prezidenti İslam Kərimov stasionar müalicə olunur.

ucarliyiq.biz-in məlumatına görə, bu barədə Özbəkistan Nazirlər Kabinetinin yaydığı məlumatda bildirilir.

"Özbəkistan Respublikası Nazirlər Kabineti xəbər verir ki, Özbəkistan Respublikasının prezidenti İslam Kərimov stasionar şəkildə müalicə olunur", - deyə məlumatda qeyd olunur.

Mütəxəssislərin fikrincə, prezidentin tam tibbi müayinəsi və sonrakı müalicəsi müəyyən zaman tələb edəcək.