» » Nepalda zəlzələ olub, sakinlər evlərini tərk ediblər

Nepalda zəlzələ olub, sakinlər evlərini tərk ediblər

Nepalda zəlzələ olub, sakinlər evlərini tərk ediblər
Nepalın qərbində 4 bal gücündə zəlzələ baş verib.

ucarliyiq.biz xəbər verir ki, bu barədə ölkənin Milli Seysmoloji Mərkəzi məlumat verib.

Məlumata görə, yeraltı təkanların episentri Bacura rayonunda, paytaxt Katmandudan təqribən 600 km. aralıda qeydə alınıb. Yerli sakinlər yeni, daha dağıdıcı yeraltı təkanlardan ehtiyatlanaraq evlərini tərk ediblər.

Hələ ki, təkrar təkanlar baş verməyib, lakin əhalinin bir qismi küçələrdə gecələməyə üstünlük verir.

Tələfat və ciddi dağıntılar barədə mlumat yoxdur.