» » Sovetin əfsanəvi avtomobilləri (VİDEO)

Sovetin əfsanəvi avtomobilləri (VİDEO)

Sovetin əfsanəvi avtomobilləri (VİDEO)

Moskvanın Sokolniki Sərgi Mərkəzində bu il 24-cüsü keçirilən “Oldtaymer Qalereya” sərgisi əfsanəvi idman avtomobillərinə həsr olunmuşdu.
ANS TV-nin məlumatına görə, Rusiyanın müxtəlif regionlarından, eləcə də Avropa və Amerikadan xüsusi olaraq gətirilən bu idman avtomobillərindən bəziləri bərpa edildikdən sonra ilk dəfə nümayiş olunurdu. Aralarında “Estoniya 3”, “Moskviç G5”, “Xarkov L2”, “Kiev sport” kimi əfsanəvi sovet idman avtomobillərinin də olduğu retro avtomobillər texniki xüsusiyyətləriylə də tamaşaçıları heyrətləndirdilər.
Sərgi təşkilatçısı İlya Sorokin bildirir ki, bəzi hissələri və saralmış səhifələrdə şəkilləri qalmış bu avtomobilləri yenidən həyata qaytarmaq o qədər də asan iş deyildi. Bu avtomobillər nəinki yenidən bərpa edildi. Hətta sürət yarışmalarında da iştirak edirlər. Bu isə retro avtomobil sərgilərində yeni bir trenddir.
İdman avotmobilləri arasında Sovet İttifaqının özünəməxsus "Formula 1" yarışmalarının əfsanəvi avtomobili “M5”-lər də diqqət çəkirdi.
Digər sərgi təşkilatçısı Matvey Çerkasov deyib ki, bu avtomobillər 1976-cı ilədək Sovet İttifaqının avtomobil yarışmalarında istifadə edildi. Daha müasir maşınlar ortaya çıxdıqdan sonra isə bunlar muzeyə təhvil verildi. Muzeydə isə bu avtomobillər, demək olar ki, əvvəlki görkəmini qoruyub saxlayıblar. Onların üzərində elə də əsaslı bərpa işləri aparılmayıb.
Bu ilki sərgidə unikal rus idman avtomobilləri ilə yanaşı əfsanəvi amerikan avtomobillərinə də geniş yer verildi.