» » Xamenei ABŞ-ı İranın S-300 kompleksləri almasına mane olmaqda ittiham edib

Xamenei ABŞ-ı İranın S-300 kompleksləri almasına mane olmaqda ittiham edib

Xamenei ABŞ-ı İranın S-300 kompleksləri almasına mane olmaqda ittiham edib
ABŞ İranın S-300 zenit-raket komplekslərini almasına mane olmaq üçün əlindən gələni etdi.

ucarliyiq.biz xəbər verir ki, bunu İranın ali dini lideri, Silahlı Qüvvələrin ali baş komandanı ayətullah Əli Xamenei Rusiyaya məxsus S-300 ZRK-ların döyüş növbəsi çəkəcəyi "Xatəm-əl-Ənbiya" hava hücumundan müdafiə bazası komandanlığı ilə görüşü zamanı bildirib.

"S-300 hava hücumundan müdafiə sistemləri hücum yox, son dərəcə müdafiə xarakterli silahlardır. Bizim elə bir düşmənimiz var ki, o bizi hətta özümüzü müdafiə etmək hüququndan məhrum etmək istəyir. Biz bu düşmənin İslam Respublikasına hücuma keçməyi ağlına belə gətirməməsi üçün öz müdafiə potensialımızı artırmalıyıq", - deyə o bildirib.