» » Honkonqda cinayətkar qrupların 150-dən çox üzvü həbs edilib

Honkonqda cinayətkar qrupların 150-dən çox üzvü həbs edilib

Honkonqda cinayətkar qrupların 150-dən çox üzvü həbs edilib
Honkonq polisi reyd zamanı Çinin bu xüsusi inzibati rayonunun cinayətkar qruplaşmalarının 150-dən çox üzvünü həbs edib.

ucarliyiq.biz xəbər verir ki, bu barədə yerli RTHK radiostansiyası məlumat yayıb.

Qeyd olunur ki, polisin bazar günü reydinə 3 qeyri-qanuni bar, 6 əxlaqsızlıq yuvası və 4 maconq oyunları üzrə qeyri-qanuni salon məruz qalıb.

Polisin məlumatına görə, reyd zamanı 15-68 yaşları aralığında 86 kişi və 69 qadın saxlanılıb. İlkin ehtimala görə, onların hamısı yerli kriminal dairələrin üzvləridirlər, qanunsuz olaraq silah gəzdirirlər və narkotik alverində əlləri var.