» » "Uber" 50 əməkdaşının saxlanılmasından sonra Əbu-Dabidə işini dayandırıb

"Uber" 50 əməkdaşının saxlanılmasından sonra Əbu-Dabidə işini dayandırıb

"Uber" 50 əməkdaşının saxlanılmasından sonra Əbu-Dabidə işini dayandırıb
Sərnişindaşıma xidməti təklif edən "Uber" şirkəti BƏƏ-nin paytaxtı Əbu-Dabidə öz fəaliyyətini dayandırıb.

ucarliyiq.biz BBC-yə istinadən xəbər verir ki, ötən bazar ölkədə servisin 50 sürücüsü səsəbsiz yerə saxlanılıb ki, bu da anlaşılmazlıq yaradıb.

"Bu müvəqqəti dayandırılmadır, yeni məlumat əldə olunan kimi, biz xəbər verəcəyik", — deyə BBC şirkətin bəyanatını təqdim edib.

Qeyd olunur ki, xidmət işini təkcə Əbu-Dabidə dayandırıb, Dubayda fəaliyyət əvvəlki qaydada davam etdirilir.

"Uber" Birləşmiş Ərəb Əmirliklərində 2013-cü ildən fəaliyyət göstərir.