» » Los-Anceles hava limanı atışma ilə bağlı məlumata görə qismən bağlanıb

Los-Anceles hava limanı atışma ilə bağlı məlumata görə qismən bağlanıb

Los-Anceles hava limanı atışma ilə bağlı məlumata görə qismən bağlanıb
Los-Anceles beynəlxalq hava limanının polisi aeroport ərazisində atışma barəsində olan məlumatın həqiqətə uyğun olub-olmadığını araşdırır.

ucarliyiq.biz BBC-yə istinadən xəbər verir ki, bu barədə yerli polisdən bildiriblər.

"Polis atışma ilə bağlı məlumatın yayılmasından sonra aeroportda axtarış-araşdırma proseslərini həyata keçirir. Sərnişinlərin təhlükəsizliyini təmin etmək üçün bütün tədbirlər görülüb", - məlumatda deyilir.

Hüquq-mühafizə orqanlarının əməkdaşlarının sözlərinə görə, hələlik hava limanında atışma olması haqqında məlumat təsdiqini tapmayıb. Aeroporta giriş və onun mərkəzi terminalı müvəqqəti olaraq bağlanılıb.