» » Məscidi Haramın bu hissəsi uçurulacaq (FOTO)

Məscidi Haramın bu hissəsi uçurulacaq (FOTO)

Məscidi Haramın bu hissəsi uçurulacaq (FOTO)

Məkkə şəhərindəki müqəddəs Məscidi Haram ərazisində ucaldılan və Kəbənin bütün möhtəşəmliyini kölgədə qoyan “Zəmzəm Towers” uçurulacaq. Ucarliyiq.biz xəbər verir ki, dünyada müsəlmanların kəskin etirazı ilə qarşılanan bu qüllə ilə yanaşı ərazidə olan kralın sarayı, Hilton oteli və bir çox bina uçurulacaq. Səudiyyə Ərəbistanı Həcc nazirliyi rəsmilərinin bildirdiyinə görə, 2035-ci ilə qədər söküləcək bu yerlər tamamilə Məscidi Haram ərazisindəki ibadət məkanlarına qatılacaq.
Məscidi Haramın bu hissəsi uçurulacaq (FOTO)

“Zəmzəm Towers”
Məscidi Haramın yeni layihəsinin maketi Məkkə şəhərindəki muzeylərdən birində nümayiş olunur. Həmin maketlərdə, Osmanlı dövlətinin Kəbənin ətrafında tikdirdiyi və bir müddət əvvəl sökülən günbəzlər (revaklar) diqqəti cəlb edir. Belə ki, bir müddət əvvəl Məscidi Haramda aparılan genişləndirmə və restovrasiya işləri vaxtı günbəzlər yerindən sökülmüşdü. Türkiyənin o zamankı baş naziri Rəcəb Tayyib Ərdoğanın rəsmi Riyadla apardığı danışıqlardan sonra günbəzlərin yerinə qoyulacağı sözü verilmişdi. Məscidi Haramın yeni maketində isə bütün günbəzlərin yerində olduğu görülür.
Məscidi Haramın bu hissəsi uçurulacaq (FOTO)

Məscidi Haramın yeni layihəsini əks etdirən maket
Yeni layihəyə görə, Kəbənin ətrafında təvaf sahəsi ⅓ nisbətində genişləndiriləcək. Bundan başqa Məscidi Haram ərazisində minarələrin sayı 12-yə çatdırılacaq. Məscidin xaricində olan ibadət məkanı da olduqca genişləndiriləcək. İbadət kompleksinin üzərində isə fövqəladə vəziyyətlərdə istifadə olunmaq üçün helikopter meydançası olacaq.
Məscidi Haramın bu hissəsi uçurulacaq (FOTO)

Məscidi Haramın yeni layihəsini əks etdirən maket
Ötən həftə Məscidi Haram ərazisində 107 zəvvarın ölümü, 238 nəfərin isə xəsarət alması ilə nəticələnən qəza baş vermişdi. Məscid ərazisində genişləndirmə işləri üçün istifadə olunan böyük kranlardan biri güclü külək nəticəsində aşmışdı. Həcc mövsümü və cümə günü olması səbəbindən Məscidi Haram ərazisində yaşanan izdiham faciənin miqyasını böyütmüşdü.
Kəbənin ilk dəfə Adəm peyğəmbər tərəfindən tikildiyi və Nuh tufanında dağıldığı rəvayət olunsa da Qurani Kərimdə bu müqəddəs məkanın İbrahim peyğəmbər və oğlu İsmayıl peyğəmbər tərəfindən tikildiyi xəbər verilir.
Hazırda bütün dünyada günün hər anında milyardlarla müsəlman müqəddəs Kəbəyə yönələrək Allaha qarşı qulluq vəzifələrini yerinə yetirirlər.
Məscidi Haramın bu hissəsi uçurulacaq (FOTO)