» » Brüsseldə partlayış baş verib

Brüsseldə partlayış baş verib

Brüsseldə partlayış baş verib
Belçika paytaxtı Brüsselin şimalında yerləşən Kriminalistika İnstitutuna gecə hücum edilib.

ucarliyiq.biz TASS-a istinadən xəbər verir ki, bir və ya bir neçə nəfər avtomobildə Kriminalistika İnstitutunun qapısını atəşə tutub və laboratoriyanın yaxınlığında yerləşən məkanda partlayıcı qurğunu işə salıb. Partlayış nəticəsində yanğın baş verib.

Binada heç kim olmadığından partlayış nəticəsində institut əməkdaşlarından heç biri xəsarət almayıb.