» » Azərbaycanda kifayət qədər ziyarətgah və müqəddəs yer var (VİDEO)

Azərbaycanda kifayət qədər ziyarətgah və müqəddəs yer var (VİDEO)

Azərbaycanda kifayət qədər ziyarətgah və müqəddəs yer var (VİDEO)

Hər bir xalq özünün dini abidələri və müqəddəs yerlərini dünyaya tanıtmağı özünün mənəvi borcu bilir. Çünki milli müəyyənlik, milli mənsubiyyət həm də bu faktlarla bilinir. Müqəddəs yerlərin geniş insan kütləsinə təbliği və ziyarət səfərlərin təmin edilməsi vacibdir. Türizmin bu sahəsinin inkişafı iqtisadi baxımından da çox sərfəli ola bilər.
Dinin qurumlarla iş üzrə dövlət komitəsinin rəsmisi Səyyad Aranın sözlərinə görə, Səudiyyə Ərəbistanı və İraqdan sonra Əhli beyt üzvülərinin ən çox dəfn olunduğu yer bizim torpaqlardır. Beşinci İmam Məhəmməd əl Baqirin (ə) qız nəvəsi İsmayıl (ə) Bərdədə, oğlu İbrahim (ə) isə Gəncədə dəfn olunub. Bura neçə yüzillərdir İmamzadə kimi tanınır və Gəncəyə yolu düşən hər bir azərbaycanlı tərəfindən ziyarət edilir.
Azərbaycanda kifayət qədər ziyarətgah və müqəddəs yer var (VİDEO)

Bibiheybət məscidi və ziyarətgahı
7-ci İmam Museyi Kazımın (ə) qızı, İmam Rzanın (ə) bacısı Hökümə xanım (ə) və 3 nəvəsi Bibiheybətdə İmam Rzanın (ə) digər iki bacısı Həzrəti Leyla (ə) Bilgəhdə, Həzrəti Rəhimə xanım (ə) isə Nardaranda dəfn olunub. Bütün bunlar bir daha sübut edir ki, Azərbaycan İslamın ən müqəddəs torpaqlarındandır.
Bu yerlər nəinki dini ocaqlar, həm də arxitektura baxımıından gözəl memarlıq abidələridir. O zaman niyə dünya müsəlmanlarını turist kimi ölkəmizə cəlb etməyək?
Azərbaycanda kifayət qədər ziyarətgah və müqəddəs yer var (VİDEO)

Nardaran Rəhimə xanım (ə) məscidi və ziyarətgahı
“Ərəb ölkələrinin bir çox şəhərlərində həm Əhli beytin, həm də İslamın ən böyük nümayəndələrinin dəfn olunduğu yerləri ziyarət edirik. Artıq ora dünya müsəlmanları tərəfindən bir ziyarətgaha çevrilib. Gəliş-gediş ölcüyə gəlməz dərəcədə həddindən artıq çoxdur. Bu Azərbaycanda niyə olması? Hesab edirəm ki, Azərbaycanın turizm coğrafiyasında yeni bir istiqamət müəyyənləşməlidir və həyata keçirilməlidir. Xüsusən də Əhli beyt üzvülərinin dəfn olunduğu yerlə turizm turlarına salınmalıdır”, – deyə Səyyad Aran fikrini açıqlayıb.
Azərbaycanda kifayət qədər ziyarətgah və müqəddəs yer var (VİDEO)

Gəncə İmamzadə məscidi və ziyarətgahı
Turizm şirkətinin rəhbəri Ruslan Quliyev deyir ki, Hindistandan gələnlər Atəşgah məbədinə gedir, oranı böyük məmnuniyyətlə ziyarət edirlər. İranlı turistlər Bibiheybət, Mərdəkan və Nardarandakı ziyarətgahlarda da olurlar. Amma bu geniş şəkildə həyata keçirilmir:
“Avropadan ölkəmizə gələn turistlər həm İslam tarixinə, həm qədim Alban məbədlərinə böyük maraq göstərirlər”.
Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov deyir ki, ölkədə dini turizmlə məşğul olmaq üçün ilk növbədə onun təbliği lazımdır:
“Bunun üçün həm turizm şirkətləri, həm Azərbaycan Turizm Assosiasiyası, həm də digər turizim qurumları planlı şəkildə xeyli iş görməlidirlər. Eyni zamanda birgə əməkdaşlıq etməlidirlər. Bu istiqamətdə boşluqlar var”.
Əslində dini turizm dünyada turizmin inkişaf etmiş bir qoludur. Məsələn, Türkiyənin İstanbul şəhərində olan hər kəs mütləq Sultanəhməd məscidində olur.
Gürcülər paytaxt Tiflisə səfər edən turistlərə Sameba kilsəsinə getməyi məsləhət görürlər.
Bizdə isə kifayət qədər ziyarətgah və müqəddəs yerlərimiz olduğu halda ora ancaq yerli insanlar tərəfindən ziyarət olunur.
Azərbaycan İslam dininin müqəddəs, ilkin beşiklərindən biridir. Bu baxımdan ölkədə dini turizmin inkişafı çox gözəl olardı. Hər halda təklif var. İndir qalır onu reallığa çevirmək.