» » Moskvada əcnəbi diplomata hücum edilib

Moskvada əcnəbi diplomata hücum edilib

Moskvada əcnəbi diplomata hücum edilib
Naməlum iki nəfər Moskvanın cənub-qərbində Konqo səfirliyinin müşavirini qaçış zamanı döyüb və qarət edib.

ucarliyiq.biz TASS-a istinadən xəbər verir ki, hücum Konqo səfirliyinin yaxınlığında, 26 Bakı komissarı küçəsində həyata keçirilib.

Oğrular arxadan 58 yaşlı diplomata hücum edərək onu yerə yıxıb, döyüb və şəxsi sənədlərini götürərək aradan çıxıb.

Mənbənin məlumatına görə, zərərçəkən özü tibbi yardım üçün xəstəxanaya müraciət edib və yardım aldıqdan sonra oranı tərk edib.

Faktla bağlı araşdırma aparılır.