» » Azərbaycanlı zəvvarların Həcc ziyarəti davam edir (VİDEO)

Azərbaycanlı zəvvarların Həcc ziyarəti davam edir (VİDEO)

Azərbaycanlı zəvvarların Həcc ziyarəti davam edir (VİDEO)

Dünyanın hər yerindən milyonlarla müsəlman zəvvarın toplaşdığı müqəddəs Məkkə şəhərində Həcc ziyarəti artıq bir neçə gündür başlayıb. Artıq azərbaycanlı zəvvarların hamısı müqəddəs torpaqlardadır.
Həcc ziyarətində bir neçə dəfə olanlara müqayisədə müqqədəs torpağa ilk dəfə ayaq basanlar daha çox həyacanlı idilər.
Azərbaycanlı zəvvarların Həcc ziyarəti davam edir (VİDEO)

Mədinə şəhərində Peyğəmbər məscidi
Üç gün müddətində Mədinədə qalacaq zəvvarlar başda Peyğəmbər məscidi (Məscidi Nəbəvi) olamaqla, bir çox müqəddəs məkanları ziyarət edəcəklər.
Qafqaz Müsəlmanlar İdarəsi sədrinin müavini Hacı Salman Musayev deyir ki, zəvvarlar əsasən Mədinə şəhərində olan ziyarətgahları ziyarət edəcəklər.
Azərbaycanda zəvvarların yola salınması prosesinə sentyabrın 11-də start verilmişdi. Bu müddət ərzində zəvvarlar böyük bir qrupu artıq Mədinə şəhərində ziyarətlərini başa vurarq Məkkə şəhərinə yerləşiblər.