» » Türkiyədə iki hərbçi şəhid olub, üçü yaralanıb

Türkiyədə iki hərbçi şəhid olub, üçü yaralanıb

Türkiyədə iki hərbçi şəhid olub, üçü yaralanıb
Türkiyənin cənub-şərqində keçirilən əməliyyat zamanı iki hərbçi şəhid olub, üçü isə yaralanıb.

ucarliyiq.biz Türkiyə KİV-inə istinadən xəbər verir ki, hadisə İraq və İranla həmsərhəd olan Hakkari vilayətində baş verib.

"Anadolu" agentliyinin məlumatına görə, türk əsgərlər PKK terrorçularına qarşı əməliyyatda, terrorçuların onlara atəş açması nəticəsində şəhid olub.