» » Tarixdə bu gün
Tarixdə bu gün

Elbəy Rzaquliyev 17 iyun 1926-cı ildə Bakıda anadan olub. Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirdikdən sonra, 1946-cı ildə ÜDKİ-nin rəssamlıq fakültəsinə daxil olub.
1960-cı ildə Bakıda, 1960-1967-ci illərdə isə Moskvada və Kaunasda fərdi sərgiləri böyük müvəffəqiyyətlə nümayiş etdirilib və sənətsevərlərin diqqətini özünə cəlb edib. 1977-ci ildə Azərbaycanın xalq rəssamı fəxri adına, 1986-cı ildə SSRİ Dövlət mükafatına, 1998-ci ildə "Şöhrət" ordeninə layiq görülüb. Azərbaycan Rəssamlar İttifaqının katibi olub.
Tarixdə bu gün

Azərbaycan SSR xalq rəssamı Elbəy Rzaquliyev
Miladi: 17 sentyabr 2015
Hicri: 3 Zil hiccə 1436
İlin 260-ci günü
İlin sonuna 105 gün qalır
Bu günün namaz vaxtları
Fəcr - 06:11
Günəş – 07:21
Zöhr – 13:40
Əsr – 17:40
Məğrib - 20:05
İşa – 21:23
Dünyada olan hadisələr
1176-cı ildə Miryokefalon döyüşü. Səlcuqlar Bizans üzərində tam qələbə qazanıb.
1787-ci ildə ABŞ Konstitusiyası qəbul edilib.
1871-ci ildə İtaliya və Fransanı birləşdirən dəmir yol tuneli istifadəyə verilib.
1908-ci ildə Orvil Rayt (Orwill Wright) və onunla birlikdə uçan dostu Tomas Selfric (Thomas E. Selfridge), təyyarə qəzasına məruz qaldılar. Qəzadə vəfat edən Selfric, təyyarə qəzasında həyatını itirən ilk insan olub.
1922-ci ildə Berlində ilk səsli film nümayiş etdirilib.
1933-cü ildə Türkiyə Millətlər cəmiyyətinə üzv olub.
1939-cu ildə İkinci dünya müharibəsi: Sovet qoşunları Polşaya daxil olub.
1941-ci ildə İngilis və Sovet işğalı altındaki İranda Rza Şah taxtdan endirildi, yerinə oğlu Məhəmməd Rza Pəhləvi oturdu.
1961-ci ildə Adnan Menderes edam edilib.
1978-ci ildə Misirlə İsrail arasında Kemp-Devid sazişi imzalanıb.
1991-ci ildə Latviya, Litva, Estoniya, Şimali və Cənubi Koreya BMT-yə üzv olub.
Doğumlar
1826-cı ildə Bernhard Riman - alman riyaziyyatçı.
1867-ci ildə Masaoka Siki - yapon şairi.
1935-ci ildə Ken Kizi - amerikalı yazıçı.
1939-cu ildə Vladimir Menşov - rus aktyor.
1960-cı ildə Deymon Hill - idmançı.
1962 - Baz Lurman - rejissor.
1968-ci ildə Anasteyşa - pop-müğənni.
1984-cü ildə Yevgeniya Volodin - model.
Ölümlər
2007-ci ildə Elbəy Rzaquliyev - rəssam