» » ABŞ-a məxsus PUA İran hava məkanına daxil olub

ABŞ-a məxsus PUA İran hava məkanına daxil olub

ABŞ-a məxsus PUA İran hava məkanına daxil olub
ABŞ-a məxsus pilotsuz uçan aparat (PUA) İran hava məkanına daxil olub.

ucarliyiq.biz "Tasnim" agentliyinə istinadən xəbər verir ki, İran Hava Hücumundan Müdafiə Qüvvələri (HHMQ) ölkənin hava məkanına daxil olmuş PUA aşkar edib.

"İran Hava Hücumundan Müdafiə Qüvvələri bazar ertəsi ölkənin şərqindən hava məkanına daxil olan ABŞ-a məxsus PUA aşkarlayaraq ona hava məkanını təcili tərk etməklə bağlı xəbərdarlıq edib. PUA Əfqanıstandan gəlib. Aparat sonradan İranın hava məkanını tərk edib", - İran hərbçilərinin bəyanatında deyilir.