» » Estoniya parlamentində seçkilərin ilk turunda ölkənin yeni prezidenti seçilməyib

Estoniya parlamentində seçkilərin ilk turunda ölkənin yeni prezidenti seçilməyib

Estoniya parlamentində seçkilərin ilk turunda ölkənin yeni prezidenti seçilməyib
Estoniya parlamenti seçkilərin ilk turunda ölkənin yeni prezidentini seçə bilməyib.

ucarliyiq.biz TASS-a istinadən xəbər verir ki, növbədənkənar iclasda qeydiyyatdan keçmiş üç namizəddən heç biri deputatların üçdə ikisinin dəstəyini qazana bilməyib.

Səsvermənin ikinci və üçüncü turu avqustun 30-da keçiriləcək.

Prezidentliyə namizədlər Mərkəzçi Partiyasının parlament fraksiyasının sədr müavini Maylis Reps, keçmiş ədliyyə kansleri Allar Yıks və parlamentin spikeri Eyki Nestordur.

Xatırladaq ki, Estoniyanın hazırkı prezidenti Toomas Hendrik İlves vəzifəsindən ayrılacaq.