» » ABŞ-da ən böyük məscidin açılışı olacaq (VİDEO)

ABŞ-da ən böyük məscidin açılışı olacaq (VİDEO)

ABŞ-da ən böyük məscidin açılışı olacaq (VİDEO)

ABŞ-ın ən böyük məscidinin açılışı olacaq. ANS-in Vaşinqton bürosu xəbər verir:
Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqtonda inşa edilən məscidlərdən birindəyik. Bu Birləşmiş Ştatlarda ərazisinə görə ən böyük məscidlərdən biri sayılır.
Yaxın aylarda məscidin açılışı həyata keçiriləcək. Acılış mərasiminə ABŞ prezidenti Barak Obama və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoganın da gələcəyi gözlənilir. Rəsmi açılmasa da, belə məscid dindarların üzünə qapısını acıq saxlayır. Birləşmış Ştatlarda yaşayan fərqli millətlərin nümayəndələri məhz İslam adı altında bu camidə birləşirlər.
İslam dinin terrorla eyniləşdirilməyə cəhd edildiyi bir zamanda, Birləşmiş Ştatlarda da bu dinə yanaşma birmənalı deyil. Bütün çətinliklərə baxmayaraq Vaşinqton ətrafında amerikalıların sıx yaşadığı böyük bir ərazidə məscid inşa edilib və azan səsləndirlir.
Caminin imamı Əli Tost hesab edir ki, İslam dininə qarşı təzyiqlər çoxaldıqca Amerika vətəndaşları arasında da bu dinə marağı olanların sayı artır:
“Məscidin fəaliyyəti nəticəsində Amerika qazanclı çıxacaq. Amerikaya İslamın doğru bir şəkildə çatdırılmasına kömək olacaq. Məscid həm sosial aktivliyin, həm də mədəniyyət baxımından böyük rolu olacaq”.
Çətinliklərə baxmayaraq islam Amerikada yenidən tanıdılır.