» » Qırğızıstan baş nazirinin müavini: "Bişkekdə Çin səfirliyində partlayışı terrorçu-kamikadze törədib"

Qırğızıstan baş nazirinin müavini: "Bişkekdə Çin səfirliyində partlayışı terrorçu-kamikadze törədib"

Qırğızıstan baş nazirinin müavini: "Bişkekdə Çin səfirliyində partlayışı terrorçu-kamikadze törədib"
"Bişkekdə Çin səfirliyində həyata keçirilən partlayışı terrorçu-kamikadze edib. O, avtomobillə səfirliyin qapısını qıraraq içəri daxil olub və özünü partladıb".

ucarliyiq.biz BBC-yə istinadən xəbər verir ki, bunu Qırğızıstan baş nazirinin müavini Jeniş Razakov deyib.

"Terrorçu-kamikadze "Mitsubiş Delik" avtomobilini idarə edib. Partlayış nəticəsində xəsarət alan hər 3 şəxs Qırğızıstan vətəndaşıdır", - deyə o bildirib.

Həkimlər zərərçəkmişlərin çoxsaylı qəlpə yaraları ilə xəstəxanaya yerləşdirildiyini vurğulayıb.

Hadisə yerində şəhərin bütün təcili xidmət əməkdaşları çalışır, milis səfirlik olan ərazini mühasirəyə alıb.

Şahidlərin sözlərinə görə, partlayışın səsi və zərbə dalğası Bişkekin bütün cənub hissəsində eşidilib. Partlayış nəticəsində qonşu evlərdə və mağazalarda pəncərələr qırılıb.

Məlumata görə, hüquq-mühafizə orqanları hələ ki, avtomobildə olan şəxsin kimliyini müəyyən edə bilməyib.